Xəzər Xəbər

"Barselona"dan sürpriz transfer

İdman | 13:02 • 22 Yanvar 2019
"Barselona"dan sürpriz transfer

"Barselona" Çindən futbolçu transfer edir.


İspaniyanın "Sport" qəzeti xəbər verir ki, Kataloniya "Pekin Quoan"da çıxış edən Sedrik Bakambunu heyətinə qatır.


Munir El Haddadinin "Sevilya"ya keçidindən sonra Luis Suaresdən başqa "9 nömrə"si qalmayan kataloniyalılar Konqodan olan 27 yaşlı hücumçu üçün rəsmi danışıqlara başlayıb. Düzdü, "Barselona"nın ilk təklifi Çin klubu tərəfindən qəbul edilməyib. Kataloniya klubu Pekin təmsilçisinə növbəti təklifini göndərməyə hazırlaşır. Afrikalı futbolçu özü də İspaniyaya dönmək istəyir.


Qeyd edək ki, karyerası ərzində Fransanın "Soşo", Türkiyənin "Bursaspor" və İspaniyanın "Vilyarreal" klublarında oynayan ötən ilin yayında 40 milyon avroya "Pekin Quoan"a transfer olunub.


Fanat.Az

Xəbər lenti