Xəzər Xəbər

"Neftçi" qanalı hücumçusunu göndərdi

İdman | 11:27 • 22 Yanvar 2019
"Neftçi" qanalı hücumçusunu göndərdi

"Neftçi” PFK futbolçu Kvame Karikarini icarəyə verib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, qanalı hücumçu iyunun 1-dək BƏƏ-nin "Əl Oruba” klubunun formasını geyinəcək.

"Əl Oruba” hazırda BƏƏ çempionatının birinci divizionda liderlər sırasındadır.

Qeyd edək ki, Kvame Karikari bu mövsüm "Neftçi”nin heyətində 10 oyunda meydana çıxıb, 2 qol vurub.

Xəbər lenti