Xəzər Xəbər

“Roma”nın futbolçusu zədələnib

İdman | 17:49 • 21 Yanvar 2019
“Roma”nın futbolçusu zədələnib

İtaliyanın "Roma” klubunun türk futbolçusu Cengiz Ündər zədələnib.


Xezerxeber.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi "Torino” ilə oyunun 6-cı dəqiqəsində ağır zədə alaraq meydanı tərk edib. Komandanın baş məşqçisi Eysebio Di Françesko oyundan sonra verdiyi açıqlamada Ünderin zədəsinin ciddi olduğunu deyib: "Cengiz uzun müddət bizimlə olmayacaq. Əzələsində ciddi ağrılar var”.


Qeyd edək ki, türk yarımmüdafiəçi cari mövsümdə "Roma”nın heyətində 25 oyuna 6 qol vurub və 9 məhsuldar ötürmə edib. Cengiz Ündər Türkiyə millisinin heyətində 10 oyunda 4 dəfə fərqlənib.

Xəbər lenti