Xəzər Xəbər

Meksikalı Querra Çempionlar yürüşünün qalibi olub

İdman | 16:24 • 21 Yanvar 2019
Meksikalı Querra Çempionlar yürüşünün qalibi olub

Meksikalı ralliçi Benito Querra Çempionlar yürüşünün qalibi olub.


Xezerxeber.az xəbər verir ki, Querra Meksikada keçirilmiş yürüşün final yarışlarında "Le-Manın 24 saatı” turnirinin qalibi fransız Loik Dyüvalı geridə qoyub. Bir gün əvvəl isə Skandinaviya komandası "Le-Manın 24 saatı” turnirinin doqquzqat qalibi danimarkalı Tom Kristensenin və ralli-kross üzrə ikiqat dünya çempionu isveçli Yohan Kristofferssonun iştirakı ilə Millətlər Kubokunu qazanıb.


Hər il keçirilən beynəlxalq avtomobil yarışı olan Çempionlar yürüşündə ən mötəbər seriyaların tanınmış yürüşçüləri iştirak edirlər. İlk yürüş 1988-ci ildə keçirilib. Şou iki hissədən – komanda və fərdi birincilikdən ibarətdir.

Xəbər lenti