Xəzər Xəbər

Dünya çempionatında qol vuran futbolçu azarkeşə hücum edib

İdman | 15:13 • 21 Yanvar 2019
Dünya çempionatında qol vuran futbolçu azarkeşə hücum edib

Ötən il Rusiyada keçirilən XXI dünya çempionatında qol vuran futbolçu azarkeşə hücum edib.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, qalmaqallı hadisə İspaniyanın Sequnda B çempionatında "Exea” və "Barselona B” (1: 0) komandaları arasında keçirilən oyun zamanı baş verib. Kataloniyalıların müdafiəçisi Mussa Vahe uzun müddət topu geri verməyən tamaşaçıya hücum edib. Hakim 20 yaşlı müdafiəçiyə qırmızı vərəqə göstərib və meydandan kənarlaşdırıb.


Qeyd edək ki, Vahe Seneqal milli komandasının heyətində 2018-ci il dünya çempionatında Yaponiya yığması ilə oyunda fərqlənib - 2: 2. Müdafiəçi milli komandanın heyətində 12 oyun keçirib.

Xəbər lenti