Xəzər Xəbər

"Real" "transfer bombası"nı açıqlaya bilər

İdman | 15:40 • 19 Yanvar 2019
"Real" "transfer bombası"nı açıqlaya bilər

"Real" "transfer bombası"nı partlatmağa hazırlaşır.


"Kral Klubu" "Portu"dan Eder Militaonun transferini hər an açıqlaya bilər.


İddia olunur ki, futbolçunun müqaviləsində sərbəst qalma maddəsi 55 milyon avrodu. "Real" bu məbləği ödəyərək onu heyətinə qatacaq.


İspaniya klubu transfer indi bitirməkdə israrlıdı. Çünki müqaviləyə əsasən yayda 21 yaşlı müdafiəçinin sərbəst qalma maddəsi 75 milyon avro olacaq.


Bu futbolçunu "Real"la yanaşı, "Liverpul" və "Mançester Yunayted" də istəyir.


Qeyd idək ki, Militao ötən ilin yayında Braziliyanın "San Paulo" klubundan "Portu"ya 4 milyon avroya transfer olunub. Cari mövsümdə 24 oyuna çıxan mərkəz müdafiəçisi 2 qol vurub və 2 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti