Xəzər Xəbər

Bu futbolçular yanvarın 22-də məhkəmə qarşısına çıxacaq

İdman | 12:10 • 19 Yanvar 2019
Bu futbolçular yanvarın 22-də məhkəmə qarşısına çıxacaq

Ronaldo artıq İspaniya hökuməti ilə razılıq əldə edib.

Əvvəllər "qaymaqlar"ın sıralarında çıxış etmiş "Yuventus"un hücumçusuKriştiano Ronaldovə "Real" U14-ün məşqçisiXabi Alonsoyanvarın 22-də Madriddə vergi fırıldaqçılığı ittihamı ilə bağlı məhkəmə qarşısına çıxacaq.

"Mirror" nəşrinə istinadən xəbər verilir ki, Ronaldo artıq İspaniya hökuməti ilə razılıq əldə edib.

Razılığa görə, futbolçu hökumətə19,1 milyon avroödəməli və iki il şərti həbs cəzası almalıdır. 33 yaşlı portuqaliyalı 2011-ci ildən 2014-cü ilə qədər imic hüquqlarından gəlir vergisi qismində14,5 mln. avroödəməkdən boyun qaçırmaqda ittiham olunur.

Alonso ilə bağlı vəziyyətdə isə prokurorluq 2010, 2011 və 2012-ci illərdə vergi qanunvericiliyini pozduğuna görə, ispaniyalını5 il azadlıqdan məhrum etməkvə onu təqribən4 mln. avroməbləğində cərimələməyi tələb edir. Madrid məhkəməsi xeyrinə qərar çıxarmayacağı təqdirdə, 37 yaşlıXabini real həbs cəzası gözləyir.

Daha əvvəl həmçinin cinsi təcavüzdə ittiham olunan Ronaldodan DNT nümunəsi götürüləcəyibildirilmişdi. (Report)

Xəbər lenti