Xəzər Xəbər

Pele vəliəhdini açıqladı

İdman | 18:29 • 17 Yanvar 2019
Pele vəliəhdini açıqladı

Əfsanəvi braziliyalı futbolçu Pele PSJ-nin fransız ulduzu Kilian Mbappedən danışıb.

"France Football" nəşri xəbər verir ki, 78 yaşlı futbol veteranı özündən sonra 20 yaşından tez dünya çempionu olmuş ilk futbolçunu - Mbappeni vəliəhdi elan edib:

"Mbappenin haqqımda söylədikləri açığı mənə dərindən təsir etdi və buna görə ona təşəkkür edirəm. Amma məni daha çox xoşbəxt etməsi üçün daha bir dünya çempionluğu qazanmalıdır. Məncə, Mbappe yeni Pele olacaq. Çoxları bunu deyərkən zarafat etdiyimi düşünür, amma elə deyil. Bu həqiqətdir".

Xəbər lenti