Xəzər Xəbər

"Tottenhem" "Liverpul"un hücumçusunu hədəfə aldı

İdman | 17:32 • 17 Yanvar 2019
"Tottenhem" "Liverpul"un hücumçusunu hədəfə aldı

Harri Keynin mart ayına kimi sıradan çıxması, Son Hın Minin Cənubi Koreya millisinin heyətində Asiya kubokuna qatılması "Tottenhem"i hücumçusuz qoyub. 33 yaşlı Fernando Lyorentinin ümidinə qalan London klubu yeni hücumçu axtarışna çıxıb.

XəzərXəbər "Daily Star"a istinadən xəbər verir ki, "mahmuzlar" "Liverpul"da ehtiyat oyunçular skamyasının daimi üzvü Divok Oricini hədəfə alıb. Paytaxt klubu Belçika millisinin üzvünü icarəyə götürmək üçün "qırmızılar"la danışıqlara başlayacaq.

Qeyd edək ki, "Liverpul" 23 yaşlı Oricini 2014-cü ildə "Lill"dən 10 milyon funt-sterlinqə transfer edib.

Xəbər lenti