Xəzər Xəbər

Salahın transferinə qadağa qoyduğu futbolçu "Sevilya"da

İdman | 15:08 • 17 Yanvar 2019
Salahın transferinə qadağa qoyduğu futbolçu "Sevilya"da

"Sevilya" hücum xəttini gücləndirib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, əndəlüsiyalılar "Zalsburq"un forvardı Munas Dabburu transfer edib. La Liqa təmsilçisi bu keçid Avstriya klubuna 15 milyon avro ödəyib. İsrail millisinin üzvü yeni klubuna yayda qoşulacaq.

Munas Dabbur "Liverpul"un da hədəfində olub. Lakin "qırmızılar"ın misili hücumçusu Məhəmməd Salah israilli hücumçunun keçidinə əngəl olmuşdu.Salah Dabburu İsraillə Misirin yaxşı olmayan siyasi əlaqələrinə görə komandada görmək istəməyib.

Qeyd edək ki, Dabbur "Zalsburq"a 2016-cı ildə "Qrasshopper"dən keçib.

Xəbər lenti