Xəzər Xəbər

"Qalatasaray" Çindən hücumçu alır

İdman | 17:19 • 16 Yanvar 2019
"Qalatasaray" Çindən hücumçu alır

Hücumçu axtarışlarını davam etdirən "Qalatasaray" transferi reallaşdırmağa yaxındır.

 "Quançjoy Everqrand"ın hücumçusu Alan "Qalatasaray"a keçməyə yaxındır. Məlumata görə, futbolçu yanvarın 21-də İstanbula tibbi müayinədən keçməyə gələcək. Transferin şərtləri barədə isə məlumat verilməyib.

Qeyd edək ki, 29 yaşlı braziliyalı hücumçu 2015-ci ildə Avstriyanın "Zalsburq" klubundan Çinə 11,1 milyon avroya keçmişdi.

Xəbər lenti

Çox oxunanlar