Xəzər Xəbər

"Beşiktaş"ın futbolçusu "Fulhem"də

İdman | 17:15 • 16 Yanvar 2019
"Beşiktaş"ın futbolçusu "Fulhem"də

"Beşiktaş"la mövsümün sonunda müqaviləsi bitəcək Rayan Babel karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

32 yaşlı vinqer "Fulhem"' keçib. London klubu hollandiyalı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.

Qeyd edək ki, Babel 2016-cı ildə "Deportivo"dan "Beşiktaş"a transfer olmuşdu. "Ayaks"ın yetirməsi olan Hollandiya millisinin üzvü "Liverpul", "Hoffenhaym", "Kasımpaşa", "Əl-Əin" klublarında da çıxış edib. Babel "Beşiktaş"da 89 oyuna 29 qol vurub, 12 assist edib.

Xəbər lenti