Xəzər Xəbər

“Real Madrid” Almaniya millisinin hücumçusu ilə maraqlanır

İdman | 13:23 • 16 Yanvar 2019
“Real Madrid” Almaniya millisinin hücumçusu ilə maraqlanır

İspaniyanın "Real Madrid” klubu Almaniya millisinin və "Leypsiq” komandasının hücumçusu Timo Vernerin xidmətlərlərindən yaxından maraqlanır.


Xezerxeber.az xəbər verir ki, Kərim Benzemanı əvəz etmək üçün "kral” klubunun rəhbərliyi 22 yaşlı hücumçunu transfer etmək istəyir. Həmçinin Timo Verner ilə "Borussiya Dortmund”, "Liverpul”, "Yuventus” və "Milan” da yaxından maraqlanır.


Daha əvvəl almaniyalı futbolçunun "Leypsiq” klubu ilə müqaviləni uzatmaması haqqında xəbərlər yayılmışdı. Onun klub ilə müqaviləsi 2022-ci ilə kimi nəzərdə tutulub. "Leypsiq” klubu futbolçunu 70 milyon avrodan aşağı məbləğə satmayacağını bildirmişdi.


Timo Verner cari mövsümdə Almaniya Bundersliqasında "Leypsiq”in heyətində 23 oyunda meydana çıxıb, 11 dəfə fərqlənib və 2 oyunda məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti