Xəzər Xəbər

"Real"ın müdafiəçisi sıradan çıxdı

İdman | 18:15 • 15 Yanvar 2019
"Real"ın müdafiəçisi sıradan çıxdı

"Real"ın futbolçusu Xesus Valexo növbəti dəfə zədələnib.

XəzərXəbər xəbər verir ki, 22 yaşlı müdafiəçi komandanın məşqində xəsarət alıb və məşqi tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

İspaniyalı oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı tibbi müayinədən sonra müəyyənləşəcək. O, cari mövsümdə dördüncü dəfə zədələnib.

Qeyd edək ki, Xesus Valexo "Saraqosa"nın yetirməsidir. 2015-ci ildən "Real Madrid"də çıxış edən futbolçu cari mövsüm heç bir La Liqa matçında iştirak etməyib. O, bu mövsüm yalnız Çempionlar Liqasında Rusiya MOİK-inə 0:3 hesabı ilə uduzduqları və ölkə kubokunun 1/16 final mərhələsində Melilyanı 6:1 hesabı məğlub etdikləri matçlarda meydanda olub. (report)

Xəbər lenti