Xəzər Xəbər

“Monako” klubu Miçi Batşuayini heyətinə qatdı

İdman | 17:23 • 15 Yanvar 2019
“Monako” klubu Miçi Batşuayini heyətinə qatdı

Fransanın "Monako” futbol klubu hücumçu Miçi Batşuayini heyətinə qatıb.

XəzərXəbər klubun rəsmi saytına istinadla xəbər verir ki, 25 yaşlı belçikalı hücumçu İngiltərənin "Çelsi” komandasından icarəyə götürülüb.

Miçi Batşuayi cari mövsümdə icarə əsasında İspaniyanın "Valensiya” klubunda çıxış edib və 23 oyuna 3 qol vurub. Hücumçu Belçika millisinin heyətində keçirdiyi 22 oyunda 12 dəfə fərqlənib.

Qeyd edək ki, Miçi Batşuayi "Monako” klubunun qış transferi pəncərəsində Naldo, Sesk Fabreqas, Fode Ballo Ture və Vilyam Vankerdən sonra beşinci transferidir.

Xəbər lenti