Xəzər Xəbər

David Silva “Mançester Siti”nin tarixində rekorda imza atıb

İdman | 14:23 • 15 Yanvar 2019
David Silva “Mançester Siti”nin tarixində rekorda imza atıb

İngiltərənin "Mançester Siti” komandasının yarımmüdafiəçisi David Silva klub tarixində rekorda imza atıb.


Xezerxeber.az xəbər verir ki, ispaniyalı futbolçu "Mançester Siti”nin heyətində yanvarın 14-də İngiltərə Premyer Liqasının 22-ci turu çərçivəsində "Volverhemton” klubu ilə qarşılaşıb. Bu, futbolçunun "şəhər”lilərin heyətində 267-ci oyunu olub.


David Silva 2010-ci ildən etibarən "Mançester Siti”nin şərəfin qoruyur. Cari mövsümdə Silva 24 oyunda meydana çıxıb, 9 dəfə fərqlənib və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, klub ilə üç dəfə İngiltərə çempionu, bir dəfə İngiltərə kuboku və Super kubokunun qalibi olub. David İspaniya millisinin heyətində iki dəfə Avropa çempionu, bir dəfə isə dünya çempionu adı qazanıb.

Xəbər lenti