Xəzər Xəbər

“Kasımpaşa” klubu bosniya və herseqovinalı futbolçunu heyətinə cəlb edib

İdman | 09:41 • 15 Yanvar 2019
“Kasımpaşa” klubu bosniya və herseqovinalı futbolçunu heyətinə cəlb edib

İstanbulun "Kasımpaşa” futbol klubu bosniya və herseqovinalı yarımmüdafiəçi Haris Hayradinoviçi heyətinə qatıb.


Xezerxeber.az xəbər verir ki, 24 yaşlı futbolçu Xorvatiyanın "NK Osiyek” klubundan 2,5 milyon avro qarşılığında transfer edilib. Yarımmüdafiəçi ilə 3,5+1 illik müqavilə imzalanıb.


Haris Hayradinoviç cari mövsümdə Xorvatiya klubunun heyətində 24 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

Xəbər lenti