Xəzər Xəbər

Qədir Hüseynov Paul Keres memorialının blits turnirinin qalibi olub

İdman | 14:46 • 13 Yanvar 2019
Qədir Hüseynov Paul Keres memorialının blits turnirinin qalibi olub

Azərbaycanlı qrossmeyster Qədir Hüseynov Tallin şəhərində keçirilən Paul Keres memorialında uğurla çıxış edib.


Xezerxeber.az xəbər verir ki, 11 ölkədən 88 şahmatçının qatıldığı turnirdə Qədir Hüseynov keçirdiyi 9 oyundan 7 qələbə və 2 heç-heçə ilə blits turnirini birinci yerdə başa vurub. Memorial çərçivəsində keçirilən rapid yarışında 7 oyunda 6 xal yığan şahmatçımız üçüncü yeri tutub.

Xəbər lenti