Xəzər Xəbər

“Qalatasaray” yoldaşlıq oyununda Almaniya komandası ilə heç-heçə edib

İdman | 09:59 • 13 Yanvar 2019
“Qalatasaray” yoldaşlıq oyununda Almaniya komandası ilə heç-heçə edib

Futbol üzrə Türkiyə Superliqasının "Qalatasaray” futbol komandası 2018-2019-cu il mövsümünün ikinci hissəsinə hazırlıq çərçivəsində Almaniyanın "RB Leipzig” komandası ilə yoldaşlıq oyunu keçirib.


Xezerxeber.az xəbər verir ki, Almaniyada keçirilən oyun 1:1 hesabı ilə başa çatıb. 12 min tamaşaçının izlədiyi görüşdə hesabı 34-cü dəqiqədə "RB Leipzig”in oyunçusu Yussuf Poulsen açıb. İkinci hissənin 55-ci dəqiqəsində İstanbul komandasının futbolçusu Martin Linnes hesaba tarazlıq gətirib.


Fateh Terimin yetirmələri bu il ilk rəsmi matçını yanvarın 15-də Türkiyə kuboku uğrunda oyunda "Boluspor”a qarşı keçirəcək.


Xatırladaq ki, "Qalatasaray” klubu Braziliyanın "Atletiko Paranens” komandasından müdafiəçi Markos Nasimento Teixeiranı və müdafiəçi Emre Taşdemiri transfer edərək heyətini gücləndirib.

Xəbər lenti