Xəzər Xəbər

Riçard Almeyda yenidən “Qarabağ”da!

İdman | 14:12 • 11 Yanvar 2019
Riçard Almeyda yenidən “Qarabağ”da!

"Qarabağ” millimizin yarımmüdafiəçisi Riçard Almeydanın transferi məsələsini həll edib.


Qol.az-ın əldə etdiyi xəbərə görə, yaxın iki gündə braziliyalı milliləşdirilmiş futbolçu Ağdam klubunun Antalyadakı hazırlıq prosesinə qoşulacaq. Bundan sonra isə o, "Qarabağ”la müqavilə imzalayacaq. Hazırda bu keçidin rəsmiləşməsi üçün son sənədləşdirmə işləri aparılır. Əgər bu proses sabah axşama kimi yekunlaşsa, Almeyda yanvarın 13-dən etibarən komandada məşqlərə başlayacaq.


Hazırda Qazaxıstan "Astana”sına məxsus olan Almeydanın Ağdam klubuna 1 illik icarə qaydasında keçəcəyi bildirilir.


Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi "Qarabağ”ı 2017/18 mövsümünün sonu tərk edərək "Astana”ya keçib.


Qeyd edək ki, bundan əvvəl Ağdam klubu sabiq futbolçusu Reynaldo Silvanı da heyətinə cəlb edib.

Xəbər lenti