Xəzər Xəbər

"Qalatasaray"ın gözaltısı "Malaqa"ya keçdi

İdman | 14:06 • 11 Yanvar 2019
"Qalatasaray"ın gözaltısı "Malaqa"ya keçdi

"Qalatasaray”ın gözaltı etdiyi Yevgeni Seleznyov karyerasını İspaniyada davam etdirəcək.

"Akhisar”ın ukraynalı hücumçusu "Malaqa” ilə anlaşıb. O, mövsümün sonuna qədə sözügedən klubun şərəfini qoruyacaq. İnformasiyanı "Malaqa”nın mətbuat xidməti yayıb.

Ukraynada "Dnepr”, "Şaxtyor” və "Arsenal”da, Rusiyada "Kuban”da top qovmuş Seleznyov 2017-ci ildə digər Türkiyə təmsilçisi "Karabükspor”da çıxış edib.

2008-ci ildən Ukrayna millisinə dəvət alan forvard yığma formasıyla çıxdığı 58 matçda 11 qol vurub.

Fanat.Az

Xəbər lenti