Xəzər Xəbər

“Real Madrid” 17 yaşlı futbolçunu heyətinə qatdı

İdman | 13:44 • 11 Yanvar 2019
“Real Madrid” 17 yaşlı futbolçunu heyətinə qatdı

İspaniyanın "Real Madrid" klubu heyətinə yeni futbolçu cəlb edib.

"Marca" xəbər verir ki, Madrid təmsilçisi "Malaqa"nın müdafiəçisi Xose Lopes Martineslə müqavilə imzalayıb. Sözləşmənin detalları açıqlanmır.

17 yaşlı oyunçu müdafiənin mərkəzində və sol cinahında oynaya bilir. Futbolçunun meneceri İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiolanın qardaşı Pere Qvardioladır. O, "Real Madrid"in İspaniya Kubokunda "Leqanes"i 3:0 hesabı ilə məğlub etdiyi oyunu stadiondan izləyib.

Qeyd edək ki, Xose Lopes Martines İspaniyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının da şərəfini qoruyur.(report.az)

Xəbər lenti