Xəzər Xəbər

"Çelsi" "Zenit"in futbolçusundan əl çəkmir

İdman | 13:16 • 11 Yanvar 2019
"Çelsi" "Zenit"in futbolçusundan əl çəkmir

"Çelsi” "Zenit”in yarımüdafiəçisi Leandro Paredesi "qoparmaq” inadından əl çəkmir.

"Football Italia” xəbər verir ki, "zadəganlar” Milanın forvardı Qonsalo İquain və "Kalyari”nin 21 yaşlı xavbeki Nikolo Barelladan imtina edib.

Mənbə "göylər”in gənc Barelladan satış qiymətinin yüksək - 50 milyon avro olduğu üçün vaz keçdiyini vurğulayıb və İngiltərə təmsilçisinin Paredesə görə yenidən "Zenit”lə danışıqlara başlayacağını qabardıb.

Argentinalı bu mövsüm Rusiya klubunda 22 oyuna çıxıb, 4 qol, eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer qiyməti 25 milyon avrodu.

Fanat.Az

Xəbər lenti