Xəzər Xəbər

“Mançester Yunayted” klubu Joze Mourinyoya 15 milyon funt sterlinq təzminat ödəyəcək

İdman | 18:07 • 10 Yanvar 2019
“Mançester Yunayted” klubu Joze Mourinyoya 15 milyon funt sterlinq təzminat ödəyəcək

İngiltərənin "Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Joze Mourinyonun istefası ilə əlaqədar portuqaliyalı mütəxəssisə ödəyəcəyi kompensasiyanın məbləğı açıqlanıb.

Xzerxeber.az xəbər verir ki, "qırmızı şeytan”lar portuqaliyalı mütəxəssissə 15 milyon funt sterlinq (16,6 milyon avro) təzminat ödəyəcək.

Dekabrın 18-də Joze Mourinyo "Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən azad edilib. Bu vəzifədə mövsümün sonunadək onu klubun sabiq futbolçusu Ule-Qunnar Sulşer əvəzləyib.

Joze Mourinyo 2016-cı ilin mayından "Mançester Yunayted”in baş məşqçisi təyin edilib. Əlli beş yaşlı mütəxəssisin rəhbərliyi ilə İngiltərə kubokunu, Super kubokunu qazanan klub ötən il UEFA Avropa Liqasının qalibi olub.

Xəbər lenti