Xəzər Xəbər

"Qalatasaray"dan günün ikinci transfer açıqlaması

İdman | 15:26 • 10 Yanvar 2019
"Qalatasaray"dan günün ikinci transfer açıqlaması

"Qalatasaray" bu gün ikinci transfer açıqlamasını yayıb.


İstanbul klubu "Bursaspor"dan Emre Taşdemirin transferi ilə bağlı birja üçün açıqlama verib.


Rəsmi açıqlamada bildirilir ki, "Bursaspor" klubu ilə rəsmi danışıqlar başlayıb.


Türk klubları bu tip açıqlamaları transfer böyük ölçüdə həll olunandan sonra yayır. Bu səbəbdən "Qalatasaray"ın tezliklə transferi rəsmiləşdirməsini gözləmək olar.


Qeyd edək ki, Emre Taşdemir 2014-cü ildə "Ankaragücü"ndən 700 min avroya "Bursaspor"a transfer olunub. 23 yaşlı sol cinah müdafiəçisi Türkiyə millisində 4 oyun keçirib.

Onu da qeyd edək ki, "Qalatasaray" bu gün "Çaves"dən Markaonun transferi ilə bağlı birjaya məlumat verib.


Fanat.Az

Xəbər lenti