Xəzər Xəbər

Ayaz Quliyev "Rostov"dan ayrıldı: "Spartak"a transfer oldu

İdman | 12:00 • 9 Yanvar 2019
Ayaz Quliyev "Rostov"dan ayrıldı:

"Rostov"un Azərbaycan əsillifutbolçusu Ayaz Quliyev "Rostov”dan ayrılıb.

22 yaşlı yarımmüdafiəçi Moskva "Spartak"ı ilə anlaşıb.Paytaxt klubu ilə müqavilə bağlamaq üçün Quliyev komanda yoldaşları ilə sağollaşaraq,Antalyadakı təlim-məşq toplanışını tərk edib. O, sabah sabiq klubu ilə rəsmi müqavilə bağlayacaq.

"Spartak" Ayaz üçün "Rostov”a 1 milyon avro ödəyəcək. Quliyev Moskva təmsilçisində illik 1,2 milyon avro məvacib alacaq.

Qeyd edək ki, Rusiyanın aşağı yaş qruplarında oynamışfutbolçu "Spartak”ın yetirməsidir. O, mövsümün əvvəlində"Spartak”dan "Rostov”a 500 min avroya keçmişdi. Müqavilədəki şərtə görə, "ağ-qrımızılar" Ayazı geri qaytara bilərdi.

Xəbər lenti