Xəzər Xəbər

"Barselona" fransalı müdafiəçini transfer etdi

İdman | 11:21 • 9 Yanvar 2019
"Barselona" fransalı müdafiəçini transfer etdi

"Barselona" heyətini gücləndirib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, Kataloniya klubu "Tuluza"nın müdafiəçisi Jan-Kler Todibonu transfer edib. 19 yaşlı futbolçu "Barselona"ya azad agent kimi keçib.Todibo mövsümün sonuna kimi "Tuluzua"da çıxış edəcək. O, yayda "Barselona"ya qoşulacaq.

Qeyd edək ki, fransız müdafiəçi "Tuluza"nın yetirməsidir.

Xəbər lenti