Xəzər Xəbər

Pepenin yeni klubu rəsmən bəlli oldu

İdman | 11:16 • 9 Yanvar 2019
Pepenin yeni klubu rəsmən bəlli oldu

"Beşiktaş"dan ayrılan Pepenin yeni klubu bəlli olub.

Portuqaliyalı müdafiəçi "Portu"ya transfer olub.Pepe "əjdahalar"la 2021-ci ilin yayına kimi müqavilə bağlayıb.

35 yaşlı müdafiəçi bu mövsümün ilk yarısında "Beşiktaş"da 17 oyun keçirib.

Qeyd edək ki, Pepe 2004/2007-ci illərdə də Portuqaliya təmsilçisində çıxış edib.

Xəbər lenti