Xəzər Xəbər

Paolo Dibala üç klubun maraq dairəsindədir

İdman | 18:52 • 8 Yanvar 2019
Paolo Dibala üç klubun maraq dairəsindədir

İtaliyanın "Yuventus” klubunun hücumçusu Paolo Dibalaya üç klubdan təklif gəlib.


Xezerxeber.az xəbər verir ki, argentinalının xidmətindən İngiltərənin "Mançester Siti”, Fransanın "Paris Sen-Jermen” və Almaniyanın "Bavariya” klubları yararlanmaq istəyir.


Turin təmsilçisi P.Dibalanı yayda 100 milyon avroya satmağı planlaşdırır. İyirmi beş yaşlı hücumçu cari mövsüm A Seriyasında keçirdiyi 17 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə verib.


Xəbər lenti