Xəzər Xəbər

Afrika kuboku yarışlarına Misir ev sahibliyi edəcək

İdman | 16:47 • 8 Yanvar 2019
Afrika kuboku yarışlarına Misir ev sahibliyi edəcək

Bu il futbol üzrə Afrika kuboku yarışları Misirdə keçiriləcək.


Xezerxeber.az xəbər verir ki, bunu yanvarın 8-də Misir Futbol Assosiasiyasının mətbuat xidməti açıqlayıb.


Xatırladaq ki, 2021-ci ildə Afrika kuboku yarışlarının Kot-d'İvuarda təşkili nəzərdə tutulsa da, bir müddət əvvəl Afrika Futbol Konfederasiyası (AFK) bu ölkəni həmin turnirə ev sahibliyi hüququndan məhrum etmişdi. Turnirin təşkili Kameruna həvalə olunmuşdu. Kamerun builki turnirə də namizədliyini irəli sürmüş olsa da, ölkədə stadionların standartlara tam cavab verməməsi ilə əlaqədar AFK bu təklifi qəbul etməmişdi. Kot-d'İvuar isə Afrika kuboku yarışlarına 2023-cü ildə ev sahibliyi edəcək.


Afrika kuboku turniri bu il iyunun 15-dən iyulun 13-dək keçiriləcək.

Xəbər lenti

Çox oxunanlar