Xəzər Xəbər

"Bolton" satılır

İdman | 14:51 • 8 Yanvar 2019
"Bolton" satılır

İngiltərənin "Bolton” klubunun əsas səhmdarı Ken Anderson özünə aid hissəni satmaq niyyətindədi.

Funksioner klubu ağır durumdan çıxara biləcək, daha güclü maliyyə imkanları olan müştəri axtarır.

O, vaxtilə Premyer Liqada çıxış edən, lakin xeyli müddətdi aşağı dəstələrdə var-gəl edən "Bolton”un xilası üçün belə addım atmağa məcburdu. Ötən ilin noyabr ayının maaşlarının yubanması üzündən kluba transfer qadağası da qoyulub. Klubun sabiq sahibi Eddi Devisin sentyabrda verdiyi 5 milyon avroluq kredit isə komandaya kömək etməyib.

Qeyd edək ki, "Bolton” Çempionşipdə 22-ci pillədə mövqe tutub.

Fanat.Az

Xəbər lenti