Xəzər Xəbər

"Vilyarreal" "Lester Siti"nin futbolçusunu transfer etdi

İdman | 09:50 • 8 Yanvar 2019
"Vilyarreal" "Lester Siti"nin futbolçusunu transfer etdi

İspaniya La Liqa təmsilçisi "Vilyarreal" heyətini gücləndirib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, "sarı sualaltı qayıq" "Lester Siti"dən Visente İborranı 10 milyon avro qarşılığında transfer edib. 30 yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Levate"nin yetirməsi 2017-ci ildə "Sevilya"dan "Lester Siti"yə 14 milyon avro qarşılığında keçmişdi.

Xəbər lenti