Xəzər Xəbər

“Başakşəhər” heyətini türk əsilli alman müdafiəçi ilə gücləndirib

İdman | 17:53 • 7 Yanvar 2019
“Başakşəhər” heyətini türk əsilli alman müdafiəçi ilə gücləndirib

İstanbulun "Başakşəhər” futbol klubu Robinyodan sonra daha bir futbolçu ilə heyətini gücləndirib.


Xezerxeber.az xəbər verir ki, İstanbul təmsilçisi türk əsilli alman müdafiəçi Sərdar Taşçını transfer edib. Moskvanın "Spartak” klubundan transfer olunan 31 yaşlı futbolçu ilə 2020-ci ilin yayına qədər müqavilə imzalanıb.


Karyerası ərzində Almaniyanın "Ştutqart” və "Bavariya” klublarının heyətində də çıxış edən müdafiəçi "Spartak”ın forması ilə meydana çıxdığı 74 oyunda 2 qol vurub.


S.Taşçı Almaniya milli komandasının heyətində 14 oyun keçirib.

Xəbər lenti

Çox oxunanlar