Xəzər Xəbər

"Real" "Mançester Siti"nin futbolçusunu transfer etdi

İdman | 14:59 • 7 Yanvar 2019
"Real" "Mançester Siti"nin futbolçusunu transfer etdi

"Real" qış transfer pəncərəsində ilk keçidini reallaşdırıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi "Mançester Siti"dən Brahim Diası 17 milyon avroya transfer edib. 19 yaşlı hücumçuyla 2025-ci ilin yayına kimi müqavilə imzalanıb. Müqavilənin şərtlərində 7 milyon avroluq bonus da yer alıb. Diasın illik məvacibi 3,5 milyon avro olacaq.

Qeyd edək ki, İspaniyanın U-21 millisinin üzvü 2013-cü ildə "Malaqa"dan "Mançester Siti"yə keçmişdi.

Xəbər lenti