Xəzər Xəbər

"Qarabağ" ilk məşqə çıxdı, Emeqara geri döndü

İdman | 11:33 • 7 Yanvar 2019
"Qarabağ" ilk məşqə çıxdı, Emeqara geri döndü

Qış toplanışı üçün dünən Türkiyəyə yollanan "Qarabağ" mövsümün ikinci yarısının hazırlığına start verib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Antalyada ilk məşqinə çıxıb.Ötən ili zədə səbəbindən erkən başa vuranİnnosent Emeqara da məşqdə iştirak edib. Əvəzedici heyətin də bir neçə futbolçusu əsas komandayla birlikdə təlim-məşq toplanışında iştirak edirlər.

Qeyd edək ki, "Qarabağ" Antalyadakı 3 həftəlik toplanış müddətində 5 yoxlama oyununda qüvvəsini sınayacaq. Qurban Qurbanovun komandası yanvarın 12-də Rumıniyanın "Botoşani", 16-sı Özbəkistanın "Paxtakor", 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qarşılaşacaq.

Xəbər lenti