Xəzər Xəbər

Millinin üzvü “Qəbələ”yə keçdi

İdman | 09:15 • 7 Yanvar 2019
Millinin üzvü “Qəbələ”yə keçdi
Futbol üzrə 2018-2019-cu il mövsümünün ikinci yarısının hazırlığına start verən "Qəbələ” klubu qış fasiləsində ilk transferini gerçəkləşdirib.


XəzərXəbər xəbər verir ki, "qırmızı-qaralar” Azərbaycan milli komandasının üzvü Anar Nəzirovu heyətinə qatıb. Bundan əvvəl "Zirə”də çıxış edən 34 yaşlı qapıçı ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2010-2011-ci, 2012-2015-ci illər mövsümlərində də "Qəbələ”də forma geyən A.Nəzirov əyalət təmsilçisinin heyətində ümumilikdə 28 oyun keçirib. O, Azərbaycan Premyer Liqasında 25, Azərbaycan kubokunda isə 3 dəfə meydana çıxıb. Futbolçu karyerası ərzində "Kəpəz”, "Turan”, "Neftçi”, "Standard” və "Sumqayıt”ınheyətində çıxış edib.

Qapıçı Premyer Liqada ümumilikdə 219 matç keçirib. Azərbaycan millisində 2012-ci ildə debüt edən qolkiper əsas komandanın heyətində dörd oyunda meydana çıxıb.

Xəbər lenti