Xəzər Xəbər

Maradona xəstəxanadan çıxdı: Həyatıma heç bir təhlükə yoxdur

İdman | 11:55 • 5 Yanvar 2019
Maradona xəstəxanadan çıxdı:

Əfsanəvi argentinalı futbol ulduzu, 1986-cı il dünya çempionu Dieqo Maradona müalicə olunduğu xəstəxanadan buraxılıb.

Trend-in məlumatına görə, D.Maradona Argentinanın paytaxtı Buenos-Ayresdə ötən gecə xəstəxanaya yerləşdirilmişdi.

Onun mədə qanaxmasından əziyyət çəkdiyi məlum olmuşdu.

Bir gecə xəstəxanada qaldıqdan sonra ulduz evə buraxılıb. O, jurnalistlərə verdiyi açıqlamada həyatına heç bir təhlükənin olmadığını deyib.

Xəbər lenti