Xəzər Xəbər

“Paris Sen-Jermen” klubu “Ayaks”ın iki futbolçusu üçün 150 milyon avro ödəməyə hazırdır

İdman | 10:49 • 5 Yanvar 2019
“Paris Sen-Jermen” klubu “Ayaks”ın iki futbolçusu üçün 150 milyon avro ödəməyə hazırdır

Fransanın "Paris Sen-Jermen” klubu "Ayaks”ın iki futbolçusunu heyətinə qatmaq üçün Hollandiya təmsilçisinə 150 milyon avro ödəməyə hazırdır.


Xezerxeber.az xəbər verir ki, Paris klubu "Ayaks”da forma geyən 19 yaşlı müdafiəçi Mattisa de Luqteni və 21 yaşlı yarımmüdafiəçi Frenki de Yonqu transfer etməyə çalışır.


Hər iki futbolçu Avropanın bir neçə aparıcı klubunun maraq dairəsindədir.


Cari mövsümdə Mattisa de Luqte 24 oyunda üç, Frenki de Yonq isə 22 matçda iki qolla yadda qalıb.

Xəbər lenti