Xəzər Xəbər

Roberto Firmino “Samba Gold 2018” mükafatına layiq görülüb

İdman | 12:24 • 4 Yanvar 2019
Roberto Firmino “Samba Gold 2018” mükafatına layiq görülüb

"Liverpul” klubunun hücumçusu Roberto Firmino Avropada çıxış edən braziliyalı futbolçular arasında il ərzində daha çox fərqlənən idmançıya verilən "Samba Gold” mükafatına layiq görülüb.

Xezerxeber.az xəbər verir ki, səsvermədə iştirak edən idman jurnalistlərinin, bu sahədə tanınmış şəxslərin və onlayn istifadəçilərin 21,79 faizi 27 yaşlı futbolçuya səs verib. "Real Madrid”in müdafiəçisi Marselo 20,51 faiz, "Paris Sen-Jermen”in hücumçusu Neymar isə 18,67 faiz səs toplayıblar.

Qeyd edək ki, hücumçu cari mövsümdə "Liverpul”un heyətində 27 oyunda 9 qol vurub.

Xəbər lenti