Xəzər Xəbər

Qodin “Atletiko Madrid” ilə müqaviləni yeniləməyəcək

İdman | 13:07 • 3 Yanvar 2019
Qodin “Atletiko Madrid” ilə müqaviləni yeniləməyəcək

"Atletiko Madrid”in müdafiəçisi və kapitanı Dieqo Qodin klubla müqaviləni yeniləməkdən imtina edib və qış transferində komandanı tərk etməyi planlaşdırır.

Xezerxeber.az xəbər verir ki, 32 yaşlı uruqvaylı futbolçunun "Atletiko Madrid” klubu ilə müqaviləsi 2019-cu ilin yayında başa çatır.

Oyunçunu heyətdə saxlamaq üçün Madrid klubunun rəhbərliyi maaşını artırmağı vəd etsə də, "Atletiko Madrid”in maliyyə problemləri buna imkan verməyib.

Cari mövsümdə Qodin Madrid təmsilçisinin heyətində 18 oyuna iki qol vurub və bir məhsuldar ötürmənin müəllifi olub.

Qeyd edək ki, "Mançester Yunayted” klubu futbolçu ilə maraqlanıb.

Xəbər lenti