Xəzər Xəbər

"Çelsi" rekord gəlir əldə edib - Məbləğ

İdman | 17:41 • 1 Yanvar 2019
"Çelsi" rekord gəlir əldə edib - Məbləğ

İngiltərənin "Çelsi" klubu 2017-2018 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.

"Zadəganlar" rekord məbləğdə gəlir götürdüklərini bəyan ediblər.

London təmsilçisinin il ərzində gəlirləri 397 milyon avrodan 487 milyon avroyadək (22,7 faiz) artıb. "Göylər" ilk dəfə 400 milyon funt sterlinq (440 milyon avro) həddini keçiblər. 124 milyon avroluq futbolçu satışı sayəsində klub tarixi ərzində ən yüksək məbləğdə - 68,1 milyon avro təmiz gəlir götürüb.

Daha bir ən vacib gəlir mənbəyi teleyayımdan əldə olunub. Bu məbləğ 45,8 milyon avrodan 224 milyon avroya yüksəlib. Bu, daha çox "Çelsi"nin Çempionlar Liqasına qayıdışı ilə əlaqədardır.

Bu göstəricilərin UEFA-nın maliyyə feyr-pleyinin tələblərinə tam uyğun gəldiyi də vurğulanıb.

Qeyd edək ki, "Çelsi" Premyer Liqada 20 turdan sonra 4-cü pillədə qərarlaşıb.(Report.az)

Xəbər lenti