Xəzər Xəbər

İlin ilk reytinq siyahısı AÇIQLANDI: Məmmədyarov...

İdman | 16:20 • 1 Yanvar 2019
İlin ilk reytinq siyahısı AÇIQLANDI:

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2019-cu ilin ilk reytinq siyahısını açıqlayıb.

Siyahının ilk üçlüyündə yer alan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov dekabr ayı ilə müqayisədə yerini qoruyub. Onun aktivində 2817 xalı var. Məmmədyarov birinci pillədəki dünya çempionu Maqnus Karlsendən ( Norveç, 2835) 18, Fabiano Karuanadan isə (ABŞ, 2828) 11 xal geri qalır.

Siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 14-cü (2757), Arkadi Naydiç 21-ci (2734), Rauf Məmmədov 42-ci (2703), Eltac Səfərli (2681) 62-ci, Qədir Hüseynov (2664) isə 81-ci pillədə yer alıb.

Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə (2422) 49-cu, Xanım Balacayeva 65-ci (2397), Gülnar Məmmədova isə 2368 xalla 99-cudur./Publika.az

Xəbər lenti