Xəzər Xəbər

Samir Nəsrinin transferi rəsmən açıqlandı

İdman | 12:17 • 1 Yanvar 2019
Samir Nəsrinin transferi rəsmən açıqlandı

İngiltərə Premyer Liqa təmsilçisi "Vest Hem"də məşqlərə çıxan Samir Nəsri klubla rəsmi müqavilə bağlayıb.

"Çəkicdöyənlər" fransız yarımmüdafiəçiylə mövsümün sonuna kimi saziş imzalayıb. London klubu 31 yaşlı futbolçuya həftəlik 90 min avro maaş verəcək. O, yeni klubunda 18 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, "Arsenal”, "Mançester Siti”, "Sevilya”, "Marsel” kimi komandalarda çıxış edən Nəsrinin son klubu "Antalyaspor" olub.

Xəbər lenti