Xəzər Xəbər

"Fənərbağça" 14 futbolçu ilə yolları ayıra bilər

İdman | 15:26 • 31 Dekabr 2018
"Fənərbağça" 14 futbolçu ilə yolları ayıra bilər

Türkiyə Super Liqasında uğursuz mövsüm keçirən "Fənərbağça" qışda bir çox oyunçunu yola salmağa qərar verib.

İstanbul klubu ilə mövsümün sonunda 14 futbolçunun müqaviləsi başa çatacaq. Baş məşqçi Ərsun Yanal rəhbərliyə həmin oyunçulara qış transfer dönəmində təklif gələcəyi halda, satılmalarını istəyib. 57 yaşlı mütəxəssis icarə əsasında komandada çıxış edən Yasin Benzia və İslam Slimaninin performansından razı deyil. Onlarla qış fasiləsində yolların ayrılması mümkündür. "Sarı-lacıvərdlilər" yayda azad agent statusu ilə heyətinə qatdığı Dieqo Reyesdən də narazıdır. Meksika millisinin üzvünün də yanvarda göndəriləcəyi ehtimalları böyükdür.

"Fənərbağça" ilə mövsümün sonunda müqaviləsi başa çatan oyunçular: Volkan Dəmirəl, Erten Ersu, Roman Noyştadter, Martin Şkrtel, Şener Özbayraklı, Yiğithan Güveli, İsmail Köybaşı, Tolga Ciğerçi, Atif Şeşue, Matye Valbuena, Roberto Soldado, Yasin Benzia, Andre Ayyu və İslam Slimani.

Xəbər lenti