Xəzər Xəbər

Nəhənglərin hədəfində olan Pepedən transfer açıqlaması

İdman | 15:03 • 31 Dekabr 2018
Nəhənglərin hədəfində olan Pepedən transfer açıqlaması

"Arsenal", "Barselona", "Mançester Siti" kimi klubların hədəfində olan "Lill"in hücumçusu Nikolas Pepe gələcək planlarından danışıb.

23 yaşlı futbolçu qış transfer dönəmində komandadan ayrılmayacağını deyib:

"Mövsümü "Lill"də başa vuracam. Yanvarda ayrılmağı düşünmürəm. Müqaviləm 2022-ci ilə qədərdir, amma mövsümün sonunda hər şeyi rəhbərliklə müzakirə edəcəyik. Bəlkə də "Lill"in heyətində Çempionlar Liqasında oynaya bilərəm. Niyə də olmasın?!"

Qeyd edək ki, Kot-d-İvuar millisinin üzvü "Lill"ə 2017-ci ildə "Anje"dən keçib.

Xəbər lenti