Xəzər Xəbər

"Atletiko" Hernandesə alternativ tapdı

İdman | 11:44 • 31 Dekabr 2018
"Atletiko" Hernandesə alternativ tapdı

"Atletiko" müdafiəçisi Lukas Hernandesin adının Münhen "Bayern"i ilə hallanmasından sonra axtarışa çıxıb.

Madrid klubu "Roma"dan Aleksandar Kolarovu hədəfə alıb. 33 yaşlı sol cinah müdafiəçisinin qış fasiləsində "Roma"dan ayrılmaq ehtimalı yoxdur. Mövsümün sonunda isə azad agent statusuna yiyələnəcək serb futbolçu "hindular"a pulsuz başa gələ bilər.

Qeyd edək ki, "Roma" Kolarovu 2017-ci ildə "Mançester Siti"də 5 milyon avroya transfer etmişdi.

Xəbər lenti