Xəzər Xəbər

"Monako" "Beşiktaş"ın müdafiəçisini hədəfə aldı

İdman | 10:56 • 31 Dekabr 2018
"Monako" "Beşiktaş"ın müdafiəçisini hədəfə aldı

"Beşiktaş" müdafiəçisi Domaqoy Vida üçün yaxşı günlər yaşamayan"Monako"dan transfer təklifi alıb.

Fransa klubu İstanbul klubuna xorvatiyalı müdafiəçi üçün 8-9 milyon avro civarında təklif ünvanlayıb. Bu barədə "Le Parisien" məlumat yayıb. "Beşiktaş" isə bu keçid üçün "knyazlıq klubu"ndan 12 milyon avro istəyib. Xəbərdə isə "Monako"nun "qara qartallar"ı 10 milyon avroya razı salmağa çalışacağı vurğulanıb.

Qeyd edək ki, Xorvatiya millisinin üzvü ilin əvvəlində Kiyev "Dinamo"sundan "Beşiktaş"a azad agent statusu ilə keçmişdi.

Xəbər lenti