Xəzər Xəbər

Jerar Pike “Andorra” klubunu satın aldı

İdman | 12:19 • 31 Dekabr 2018
Jerar Pike “Andorra” klubunu satın aldı

Hazırda "Andorra” klubunun borcu 200 min avroya çatıb.

Futbol üzrə İspaniya millisinin və "Barselona” klubunun müdafiəçisi Jerar Pike bu ölkənin beşinci divizionunda çıxış edən "Andorra” klubunu satın alıb.

"Marca” nəşrinə istinadla xəbər verilir ki, ispaniyalı müdafiəçinin klubun keçmiş səhmdarları ilə görüşündə bu barədə razılığa gəlinib. Hazırda "Andorra” klubunun borcu 200 min avroya çatıb. Bu borc ödənildikdən sonra Pike rəsmən klubun yeni sahibi olacaq.

Jerar Pike on ildir Kataloniya təmsilçisinin idman şərəfini qoruyur. O, 2008-ci ildə İngiltərənin "Mançester Yunayted” klubundan 5 milyon avroya transfer edilib. Futbolçu "Barselona”nın heyətində 296 oyunda 26 dəfə fərqlənib. (Azərtac)

Xəbər lenti