Xəzər Xəbər

Əfsanə geri dönür: Ferqyusson yenidən "Mançester Yunayted"də

İdman | 16:16 • 30 Dekabr 2018
Əfsanə geri dönür:

2012/13 mövsümünün sonunda 26 il çalışdırdığı "Mançester Yunayted"dən ayrılan və məşqçi karyerını bitirən Ser Aleks Ferqyusson yenidən Premyer Liqa klubuna qayıdır.


"Daily Mail" xəbər verir ki, şotland mütəxəssis komandanın yeni baş məşqçisi Ole Qunnar Sulşerin məsləhətçisi olacaq. O, həmçinin klubun fəaliyyətində də aktiv şəkildə iştirak edəcək.


Ferqyusson hələ rəsmi olaraq "Mançester Yunayted"ə dönməsə də, tez-tez Sulşerlə əlaqə saxlayır və məsləhətlərini verir. Bu təyinatın yaxın günlərdə rəsmən açıqlanacağı bildirilir.


Qeyd edək ki, Feryusson 1986-2013-cü illərdə "Mançester Yunayted"ə başlçılıq edib. 26 il ərzində şotland mütəxəssis komandanı Premyer Liqanın (13 dəfə), Federasiya Kubokunun (5), Liqa Kubokunun (4), İngiltərə Super Kubokunun (10), Çempionlar Liqasının (2), Kuboklar Kubokunun (1), UEFA Super Kubokunun (1), klublararası dünya çempionatının (2) qalibi edib.


Fanat.Az

Xəbər lenti