Xəzər Xəbər

"Bayern" 18 yaşlı futbolçu üçün 15 milyon avrosundan keçəcək?

İdman | 12:16 • 30 Dekabr 2018
"Bayern" 18 yaşlı futbolçu üçün 15 milyon avrosundan keçəcək?

"Bayern" "Çelsi"nin gənc hücumçusu Kollum Hadson-Odoini transfer hədəfinə alıb.

Münhen klubu gələcəyin ulduzu kimi göstərilən 18 yaşlı futbolçu üçün rəsmi təklif göndərəcək. İngiltərə mətbuatına yer alan xəbərə görə, Münhen təmsilçisi London klubuna 15 milyon avro təklif edəcək.

Qeyd edək ki, İngiltərənin U-19 millisinin üzvü cari mövsüm "Çelsi"nin əsas komandasında beş oyun keçirib.Hadson-Odoinin "Çelsi"ylə müqavilə 2020-ci ilə qədərdir.

Xəbər lenti